Motosiklet sürücüsü qəza törətdi – Xəsarət alan var

Yevlaxda motosiklet sürücüsü qəza törədib.

Yenicag.az xəbər verir ki, hadisə Yevlax şəhər Nizami küçəsində, 7 nömrəli məktəbin yaxınlığı qeydə alınıb.

Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Aşağı Qarxun kənd sakini Məmmədov Ramil Novruz oğlu Nizami Gəncəvi prospektində idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək “VAZ-21015” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində o özü müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.