Motosiklet yük maşını ilə toqquşdu – Ölən var / FOTO

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, Yevlax-Bərdə yolunda motosiklet yük maşını ilə toqquşub.

Nəticədə motosiklet sürücüsü, Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Tural Qasımov ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.