“Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır”.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə danışıb.
Elşad Hacıyevin sözlərinə görə, Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir: “Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq”.
***
13:15
Bakıda “Lexus” markalı avtomobili ilə motosikletçini döyən məmur Sultan Dadaşov saxlanılıb.
Yenicag.az xəbər verir ki, Qaynarinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə Sultan Tofiq oğlu Dadaşov 25 sutka həbs edilib.