Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Motosikletlə maşın toqquşdu, bir ailənin 3 üzvü xəsarət aldı – Salyanda

Salyanda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan şəhərinin pambıq zavodu məhəlləsində qeydə alınıb.

Rayonun Arbatan kənd sakini, 42 yaşlı Axundov Zaur Akif oğlu idarə etdiyi “Muravey” markalı motosikletlə hərəkətdə olarkən arxa hissəsindən minik avtomobili vurub. Nəticədə “Muravey”in sürücüsü və onun övladları – 16 yaşlı Asif Axundov və 10 yaşlı Zakir Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1150
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM