“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo klubun 94 yaşlı azarkeşinə məktub yazıb.
Yenicag.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bir müddət əvvəl xəstəxanaya yerləşdirilən, daha sonra isə sağaldığı üçün evə göndərilən Frederik Şofildə yazdığı məktubla azarkeşlərin rəğbətini qazanıb.
“”Mançester Yunayted”ə bu qədər bağlı olduğunuz üçün sizə nə qədər təşəkkür etsək azdır. Çox əla azarkeş olduğunuzu bilirəm. Siz və sizin kimilərin varlığı işimizi görməyə böyük güc verir. Bunu bilmənizi istəyirəm ki, mən və komandam sağalmağınız üçün dua edir”, deyə Mourinyonun məktubunda bildirilir.
Qeyd edək ki, qocaman azarkeş səhhətində yaranan problemə görə komaya düşmüşdü.
Emin Seferov