!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mövcud vəziyyətdə medianın İNKİŞAF PERSPEKTİVİ: “Mətbuatın maddi durumu reklam bazarına bağlı olmalıdır” - ŞƏRH

!Reklam – Yazi

“Son dövrlər mediada aparılan islahatlar beynəlxalq çağırışlar və hüquqi yanaşmalar kimi demokratik cəmiyyətlərə yönəlik parametrləri özündə əks etdirir”. 

Bu fikirləri Azərbaycanda söz və ifadə azadlığının təmin edilməsi istiqamətində görülən işləri dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzi (STM) Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) ləğvindən və onun bazasında Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasından sonra ölkə mətbuatının ümumi inkişafı, jurnalist peşəkarlığının artırılması və media orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəlik davamlı addımlar atılmaqdadır. Bu çərçivədə jurnalistlərin peşəkarlığının artırılmasına hədəflənən, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən ardıcıl təlimləri, elektron və çap mediasına maddi dəstək göstərilməsi, o cümlədən, mövcud şəriatdə aktuallığı artan mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi qeyd olunmalıdır. O baxımdan, ölkə mediasının indiki vəziyyətini dəyərləndirən ekspertlərin böyük əksəriyyətinin daha çox pozitiv rəylə çıxış etmələri təbii qarşılanır.

Bu barədə Yenicag.az-a danışan Əziz Əlibəyli bildirib ki, ölkədə media sahəsinin inkişafı üçün nəzərəçarpan müsbət addımlar atılmaqda davam edir. O, bu çərçivədə media üçün reklam bazarının formalaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Azərbaycanda media şirkətlərinin bütövlükdə maddi vəziyyəti reklam bazarına bağlı olmalıdır. Mövcud vəziyyətdə reklam bazarında reklam verənlərin və rəqabət qabiliyyətinin vəziyyəti o dərəcədə yüksək səviyyədə deyil. Ölkəmizdə media siyasətinin yenidən qurulması reklam bazarında rəqabəti stimullaşdırmaqla yanaşı, reklam verənlərin bir növ media ilə əməkdaşlığına da motivasiya verəcək. Son dönəmlər maddi vəziyyətlə bağlı çatışmazlıqların aradan qaldırılması üçün əsaslı addımların atıldığı müşahidə olunur.

 

Fikir və söz azadlığı Azərbaycan daxil olmaqla, bütün dövlətlərin inkişafı üçün əsas prioritetlərdən biridir. Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyevin göstərişi əsasında mətbuatın inkişafı və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir. Ölkədə jurnalist təşkilatları, o cümlədən bu sahəyə aid müxtəlif qurumlar fəaliyyət göstərir. Son dövrlər mediada aparılan islahatlar beynəlxalq çağırışlar və hüquqi yanaşmalar kimi demokratik cəmiyyətlərə yönəlik parametrləri özündə əks etdirir.

 

Bu gün Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi üçün bir sıra ciddi addımlar atılır. MEDİA-nın yaradılmasında da əsas məqsəd beynəlxalq standartlara cavab verən mətbuatın formalaşdırılmasıdır. Azərbaycanın xarici siyasətində həyata keçirdiyi müstəqil yanaşmaları nəzərə alsaq, erməni havadarları ölkəmizin söz və mətbuat azadlığı üçün yaratdığı şəraitə beynəlxalq aləmdə kölgə salmağa çalışırlar. Halbuki 44 günlük müharibədən sonra Azərbaycanın media sahəsinə yenidən baxış keçirilib. Bu, vacib idi. Eyni zamanda, media sahəsində nöqsanlar varsa, bu, mütləq şəkildə həll edilməlidir və ortadakı problemlər əldə olunan ümumi uğura kölgə salmamalıdır. Ölkə başçısının yanaşması məhz budur. Effektivliyin ölçülməsi isə zamana bağlı məsələdir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv