!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mövlud Çavuşoğlu: "ABŞ-ın təkliflərindən razı deyilik"

!Reklam – Yazi

Türkiyə Suriyanın şimalında təhlükəsizliyi təmin edəcək “təhlükəsiz bölgə” yaradılmasına dair ABŞ-ın son təkliflərindən razı qalmayıb.

Yenicag.az xəbər verir ki, bunu Birləşmiş Ştatların Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə danışıqların nəticələrini şərh edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib. O əlavə edib ki, artıq Ankaranın səbri tükənmək üzrədir və tezliklə bu məsələ ilə bağlı yekun qərar qəbul olunmalıdır. Mövlud Çavuşoğlu Suriya konstitusiyasının yenidən hazırlanması ilə bağlı çoxdandır gözlənilən komissiyanın da gündəlikdə olduğunu və yaxın günlərdə bununla bağlı açıqlama veriləcəyini deyib.

Bu həftənin ilk günlərində Ankarada səfərdə olan Birləşmiş Ştatların Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla geniş müzakirələr aparıb. ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaradılması ilə bağlı Türkiyənin tələbinə yeni təkliflərlə cavab verib. Ötən həftə isə Akar ABŞ-ın Müdafiə naziri Mark Esperlə telefonla danışıb. Qeyd olunur ki, 2016-cı ildən bəri bu bölgədə iki hərbi əməliyyat keçirən Ankara təkidlə “təhlükəsiz bölgə” yaradılmasını və YPG silahlı qruplaşmasının bölgədən çıxmasını tələb edir. Mövlud Çavuşoğlu bildirib ki, əks halda Türkiyə Fərat çayının sahillərində yeni hərbi əməliyyatlara başlaya bilər./AZƏRTAC/

www.yenicag.az

1311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv