Mövlud Çavuşoğlu: “ABŞ-ın tələbləri yerinə yetirilməyəcək”

Ankaranın Rusiya ilə bağlanmış müdafiə müqaviləsi üzrə mövqeyi dəyişməyib.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Rəsmi Ankara ABŞ-ın S-400 havadan müdafiə sistemi ilə bağlı tələblərini qəbul etməyəcək” – deyə türkiyəli diplomat qeyd edib.

Qeyd edək ki, Rusiyadan alınan S-400 sistemlərinin ilk partiyası Türkiyəyə iyul ayında gətiriləcək.

COP29