Mövlud Çavuşoğlu Antonio Quterreşlə bunları müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Bu barədə Yenicag.az”-ın yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, danışıq zamanı İstanbul taxıl sazişi, Beynəlxalq Donorlar Konfransı üzrə görülən işlər, Türkiyənin rəhbərliyi ilə BMT-də irəli sürülən “Sıfır tullantı” təşəbbüsü və regional məsələlər müzakirə edilib.