Mövlud Çavuşoğlu: “Azərbaycan yalnız deyil, bütün imkanlarımızla yanındayıq!” – VİDEO

“Ermənistan Tovuz bölgəsinə xaincəsinə bir hücum etdi. Bunun nəticəsində dörd qardaşımız şəhid oldu. Əlbəttə ki, Azərbaycan ordusu lazım olanı etdi və bu hücumları dəf etdi”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” telekanalına xüsusi müsahibəsi zamanı Ermənistanın Azərbaycanın Tovuz rayonunda törətdiyi təxribatla bağlı danışarkən deyib.

“Buradan görürük ki, Ermənistan yeni qarşıdurma bölgələri yaradaraq, xüsusən diqqəti işğal etdiyi torpaqlardan başqa istiqamətə çəkmək istəyir. Ermənistan bu günə qədər heç bir həll yoluna yaxın durmayıb.

AKP iqtidara gəldikdən sonra, keçmişdə biz də bu işin içinə girdik. Ermənistan yenə həll yoluna razılaşmadığı kimi, Konstitusiya Məhkəməsini belə işə daxil etdi. Ermənistanın bu davranışı qəbul edilə bilməz. Ağlını başına toplasın. Azərbaycan yalnız deyil!

Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq, bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunması mövzusunda da bundan sonra əlimizdən gələn bütün dəstəyi verəcəyik”, – deyə M.Çavuşoğlu bildirib.

Dışişleri Bakanı Çavuşoğlu: Ermenistan aklını başına toplasın. Azerbaycan yalnız değildir

Dışişleri Bakanı Çavuşoğlu: Ermenistan aklını başına toplasın. Azerbaycan yalnız değildirAK Parti Sözcüsü Ömer Çelik: Her şart altında ve her zaman Azerbaycan'ın yanındayız

Gepostet von Haber Global am Montag, 13. Juli 2020