Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Yenicag.az “Daily Sabah”a istinadən xəbər verir ki, XİN başçısının səfəri iyunun ilk həftəsinə planlaşdırılır.

Qeyd edək ki, M.Çavuşoğlu mayın 31-də Yunanıstana gedəcək. O, iyunun 12-14-də isə Belçikada səfərdə olacaq.