Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi: “Biz türklər hür doğulduq, hür yaşayarıq…” – FOTO

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan dövləti və xalqını təbrik edib.

Yenicag.az xəbər verir ki, o bununla bağlı “Twitter”də paylaşım edib.

Azərbaycanı 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edən Çavuşoğlu paylaşımında qeyd edib:

“Müstəqilliyinin Bərpası Günü münasibətilə Can Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Biz türklər hür doğulduq, hür yaşayarıq”.