Mövlud Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun XİN rəhbərlərinin videokonfrans formatında keçirilən iclasında iştirak edib.

Yenicag.az xəbər verir ki. bu barədə Mövlud Çavuşoqlu  “Twitter” hesabında məlumat verib.

“NATO-nun gündəmindəki mövzulara əlavə olaraq Dağlıq Qarabağ, Şərqi Aralıq, Liviya və gəmimizə qarşı qeyri-qanuni müdaxilə haqqındakı fikirlərimizi vurğuladıq”, – deyə o, bildirib.