Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirlərinin 29-cu iclasında iştirak etmək üçün bu gün Polşanın Lodz şəhərinə gedəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, toplantı dekabrın 1-2-də keçiriləcək.
İclasda ATƏT-in gündəliyində olan məsələlər, xüsusilə Ukraynadakı müharibə müzakirə olunacaq.
Toplantı çərçivəsində M.Çavuşoğlunun həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir./Report/