Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının kralı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ər-Riyadda Səudiyyə Ərəbistanının kral Salman bin Əbdüləziz Al Səudla görüşüb.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, söhbət zamanı tərəflər Qətər ətrafında yaranmış vəziyyəti və digər regional məsələləri müzakirə ediblər.

Görüşdən əvvəl Türkiyə XİN rəhbəri bir sıra ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri dayandırmasından təəssüfünü bildirərək tərəfləri dialoqa çağırıb.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə rəsmi Doha ilə diplomatik münasibətləri kəsib.

Yenicag.az

www.yenicag.az

596
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100