Mövlud Çavuşoğlu: “Sevincimizi qardaş Azərbaycan ilə bölüşürük” – FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Respublika Günü münasibətilə təbrikinə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova minnətdarlığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri özünün “Twitter” səhifəsində paylaşım edib.

“Qardaşım Ceyhun Bayramov, səmimi təbrikinə görə təşəkkür edirəm. Sevincimizi qardaş Azərbaycan ilə bölüşürük. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – paylaşımda deyilir.