Mövlud Çavuşoğlu yenidən koronavirusa yoluxdu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ikinci dəfə koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

“Qazaxıstanda verdiyim COVID-19 testi pozitiv çıxdı. Ona görə də qardaşım, həmkarım Muxtar Tileberdi ilə onlayn formatda nmüzakirə apardıq. Türkiyə və türk dövlətlərinin Qazaxıstana dəstəyini ifadə etdik”, – deyə o qeyd edib.

COP29