Mövlud Işık DATÜB-ün Azərbaycan təmsilçisi təyin olundu – VİDEO

Mövlud Işık Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) Azərbaycan təmsilçisi təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə qərar DATÜB-ün 4-cü Ümumi Yığıncağında qəbul edilib.

Bundan başqa, DATÜB-ün idarə heyəti yenidən formalaşdırılıb. Birliyin sədri Ziyatdin Kassanovun təklifi ilə idarə heyətində gənc nəslə yer verilib. Belə ki, Mövlud Işık həm də idarə heyətinə üzv seçilib.