Mövlut Çavuşoğlu: “Suriyada problemi aradan qaldırmaq üçün birlikdə işləyə bilərik”

Türkiyə Rusiya və İranla Suriyada terrorun aradan qaldırılması mövzusunda həmfikirdir.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Moskvada keçirilən görüşdən sonra Türkiyə Xarici İşlər Naziri Mövlut Çavuşoğlu səsləndirib.

“Ankara və Moskva Suriyada fəaliyyət göstərən terror təşkilatlarının məhv edilməsi məsələsində həmfikirdir. Biz Suriya və digər regiona məsələlərdə  Rusiya və İranla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyik”.

“Anadolu” agentliyinin xəbərinə əsasən, görüşdə Türkiyənin üst səviyyə diplomatları – Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın, Xa ş rici İşlər Naziri Mövlud Çavuşoğlu, Müdafiə Naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.

Rusiya tərəfini isə Xarici İşlər Naziri Sergey Lavrov, Müdafiə Naziri Sergey Şoyqu və Rusiya liderinin beynəlxalq əlaqələr üzrə köməkçisi Yuri Uşakov təmsil edib.

Çavuşoğlu Türkiyənin Suriyanın ərazi bütövlüyü prinsiplərinə sadiq qaldığını və zamin ölkə olaraq onun pozulmasına yönələn cəhdlərin qarşısını almağa hazır olduğunu qeyd edib.