Mövqelərimiz minaatanlardan atəşə tutuldu – Ordumuz cavab tədbirləri gördü

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.