!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Movses Akopyan: “Azərbaycan məni də tələb edəcək”

!Reklam – Yazi

Ermənistanın silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan Azərbaycanın növbəti hədəfinin o olacağını deyib.

Yenicag.az xəbər verir ki, o, bu barədə erməni mətbuatına müsahibəsində bildirib.

“Bilirəm ki, onlar məni də tələb edəcəklər. Ola bilər ki, Ermənistan rəhbərliyi məni təhvil verməyə çalışsın, amma buna nail olmayacaqlar”, – Akopyan qeyd edib.

Xatırladaq ki, Akopyan Azərbaycanın Xocavənd rayonunda anadan olub. O, 2007-2015-ci illərdə qondarma separatçı rejimin “müdafiə naziri” işləyib.

Bununla yanaşı, Akopyan həm də Ermənistanın təhlükəsizlik şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır. O, sonuncu dəfə Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsində işləyib və baş nazir Nikol Paşinyanla ziddiyyətlərinə görə vəzifəsindən istefa verib.

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv