Movses Akopyan Qazaxıstanda pis vəziyyətə düşdü – “Azərbaycanlılardan soruş” – Yenicag.Az

Reklam

Reklam

Ermənistanın sabiq Baş Qərargah rəisi, general-leytenant Movses Akopyan aprel ayında Qazaxıstana səfəri zamanı pis vəziyyətə düşüb.

Yenicag.az “AzeriDefence”ə istinadən xəbər verir ki , hadisə Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatına (KTMT) üzv ölkələrin Baş Qərargah rəislərinin Astanada keçirilən toplantısı zamanı yaşanıb.

Toplantıdan sonra KTMT Baş Qərargah rəislərinin Qazaxıstanın hərbi sənaye kompleksinə daxil olan müəssisələrə turu təşkil olunub. Hadisə də məhz bu turlardan birində yaşanıb. Belə ki, M. Akopyan zavodlardan birində nümayiş etdirilən məhsulların bəzilərinin texniki-taktiki xarakteriskaları barədə informasiya toplamaq istəyib. Həmin zavodda çalışan Qazaxıstan vətəndaşının Ermənistanın Baş Qərargah rəisinə verdiyi cavab onu pərt hala salıb. Akopyanın istədiyi məhsullar barədə ona heç bir məlumat verməyən zavod nümayəndələrindən biri “bundan azərbaycanlılar daha çox işlədir. Onlardan soruşun”, deyə atmaca atıb.

Bundan sonra M.Akopyan zavodun əməkdaşlarının “qaba davranışına” görə Qazaxıstanın Baş Qərargah rəisinə şikayət eləyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 853
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."