Mövsümün VAZKEÇİLMƏZİ: Kökəlməyə və qaraciyərdə problemlərə SƏBƏB OLUR

Alimlər naringilərin optimal gündəlik dozasını müəyyən edib.

Yenicag.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, sağlam insan gündə 300 qramdan çox (2-3 ədəd) naringi yeməməlidir. Daha çox naringi yemək kilo almağa və qaraciyər problemlərinə səbəb ola bilər.

Həkimlər əlavə ediblər ki, naringi məhdud miqdarda istehlak edilməlidir, çünki onun allergiya yaratma xüsusiyyəti var.

Diabet və ya piylənməyə meyilli olanlar gündə birdən çox naringi yeməməlidirlər, onlar bu sitrus meyvələrindən tamamilə uzaq dursalar, daha yaxşıdır.

Xuraman Etibarlı