Mozambikin şimali və mərkəzi hissələrində son bir neçə gün ərzində daşqınlar nəticəsində 66 nəfər həlak olub.
Yenicag.az-ın məlumatına görə, “İday” tropik siklonunun gətirdiyi aramsız yağışlar bölgədə ciddi fəsadlara səbəb olub.
Daşqınlar 6 minə yaxın yaşayış evini dağıdıb, 140 minə yaxın sakin təbii fəlakətdən ziyan çəkib.
Bundan başqa, siklon təhlükəsi ilə bağlı sahilyanı ərazilərdən sakinlər təxliyə olunub./Trend/