Bu günədək 480 nəfər müşahidəçi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, qeydə alınanların hamısı yerli müşahidəçilərdir: “Bunlardan 344 nəfəri öz təşəbbüsü, 10 nəfəri QHT xətti ilə, 126 nəfəri isə xüsusi icazə almış müşahidəçilərdir”.