MSK-da şöbə müdiri vəzifəsinə TƏYİNAT

Mərkəzi Seçki Komissiyasının (MSK) Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Yenicag.az xəbər verir ki,“Report”un əldə etdiyi məlumata görə, MSK Katibliyində 2022-ci ilin avqust ayından fəaliyyətə başlayan Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə həmin vaxtdan MSK-nın əməkdaşı Fərid Əbilov təyin edilib.

Qeyd edək ki, F.Əbilov 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib. 2012-ci ildən MSK Katibliyinin Təşkilat şöbəsində böyük məsləhətçi, sonradan isə Katiblik müdirinin köməkçisi vəzifələrində işləyib.