!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MSK bu məntəqələrin nəticələrini ləğv etdi - SİYAHI/YENİLƏNDİ

!Reklam – Yazi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizəd Əfran İbrahimovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 9 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”

İclasda daha sonra həmin dairənin 9 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Nurlan Abbaszadə və digərlərinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki (4 və 6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Fariz Həsən və Nurlana Cəlilin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”

İclasda daha sonra həmin dairənin 24 və 26-cı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 27 saylı Sabunçu ikinci seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Yenicag.az-ın məlumatına görə, həmin dairədən deputatlığa namizəd Gülməmməd Abdullazadə MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib. MSK üzvü Qabil Orucov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 34 saylı seçki məntəqəsində öz təsdiqini tapıb. Q.Orucov həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 50 saylı Abşeron-Qobustan seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Həmin dairədən daxil olan müraciətdə seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular 9 seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Həmin dairədən daxil olan müraciətdə seçki günü qanun pozuntularına yol verildiyi bildirilib.

MSK üzvü İlham Məmmədov bildirib ki, komissiya tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı seçki məntəqələri öz əksini tapıb. İ.Məmmədov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 31 saylı Suraxanı ikinci seçki dairəsi ilə bağlı daxil olan müraciətə baxılıb.

Həmin dairə ilə bağlı daxil olan müraciətdə səsvermə günü qanun pozuntularının olduğu iddia edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və qeyd olunan iddialar yalnız 13 və 26 saylı seçki məntəqələrində təsdiqini tapıb. A.Muxtarova həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

www.yenicag.az

1083
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv