MSK DSK-nın qərarını qüvvədə saxladı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Sabunçu üçüncü seçki dairəsindən namizəd Tahir Poladzadənin müraciətinə baxılıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Bundan öncə də bu dairə üzrə müraciət olub. Həmin müraciətə də MSK-nın iclasında baxılıb. Hazırkı müraciətlə bağlı isə araşdırma zamanı dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

COP29