Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 33 saylı Xətai birinci seçki dairəsi üzrə seçkilərin nəticələrini ləğv edib.
Yenicag.az-ın məlumatına görə, iclasda bildirilib ki, araşdırmalar zamanı həmin seçki dairəsi üzrə pozuntuların baş verdiyi müəyyən edilib və bu pozuntular həmin dairə üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.
İclasda həmin dairə üzrə seçkinin nəticələrinin ləğv edilməsi təklif olunub və təklif səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, bu dairə üzrə lider namizəd Hüseynbala Mirələmovdur.