MSK Katibliyinin strukturunda dəyişiklik edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin strukturunda dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

R.Qasımov bildirib ki, MSK-da bir qrup formalaşdırılıb: “Araşdırma nəticəsində qərara gəlinib ki, Katiblikdə yeni formatda dəyişikliklərin edilməsinə ehtiyac var. Ona görə də belə qənatə gəlinib ki, İnsan resursları sektoru yaradılsın”.

COP29