Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

MSK kurslar keçirir

62595 (1)Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı aşağı seçki komissiyalarının maarifləndirmə proqramı çərçivəsində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirir.
Yenicag.az xəbər verir ki, oktyabrın 22-dən etibarən başlanmış kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak edirlər. Tədris planına müvafiq olaraq kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları, yerli dairə seçki komissiyalarının sədrləri, müvafiq icra hakimiyyəti qurumlarının rəsmiləri, eləcə də rayonların və şəhərlərin prokurorluq, məhkəmə və polis orqanlarının məsul şəxsləri bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyurlar.

İxtisaslaşdırılmış kursların 3 gün davam etməsi və oktyabrın 24-də başa çatması nəzərdə tutulur.

www.yenicag.az

246