Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
Yenicag.az xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.
MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.