MSK-nın iclası başladı – Bu dairələr ilə bağlı müraciətlər DSK-ya göndərildi – YENİLƏNİR

Mərkəzi Seçki Komissiyasının iclasında 99 saylı Şəmkir seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

Yenicag.az xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib.

Bundan başqa, 27 saylı Sabunçu ikinci seçki dairəsi və 121 saylı Laçın seçki dairəsindən quruma daxil olan müraciətlərə də baxılıb.

Hər iki müraciət araşdırılması üçün DSK-ya göndərilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Yenicag.az xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.