MSK-nın tərkibi yenidən formalaşdırılır

Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən MSK yenidən formalaşdırılacaq.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, sabah parlamentdə təmsil olunan partiyalardan biri – Ana Vətən Partiyası MSK-da təmsil olunacaq namizədinin adını açıqlayacaq.

Belə ki, partiyanın iclasında Etibar Quliyevin MSK üzvlüyünə namizədliyi irəli sürüləcək. Daha sonra Ana Vətən Partiyası namizədinin adını rəsmi şəkildə Milli Məclisə təqdim edəcək.

Qeyd edək ki, E.Quliyev bu aya qədər MSK üzvü olub.

Xatırladaq ki, MSK üzvləri ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

COP29