Mərkəzi Seçki Komissiyası üçün xidməti minik avtomobillərinin say həddi artırılıb.
Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişiklik edib.
Qərara əsasən, Mərkəzi Seçki Komissiyası üçün xidməti minik avtomobillərinin say həddi 19 ədəddən 22 ədədə qaldırılıb.