!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MSK-nın yeni tərkibinin müəyyənləşəcəyi vaxt məlum oldu

!Reklam – Yazi

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin Milli Məclisdə müzakirə olunaraq müəyyənləşdiriləcəyi vaxt müəyyənləşib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, məsələ parlamentin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq. Həmin iclasın tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən Komissiya yenidən formalaşdırılacaq.

MSK üzvləri ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv