!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MSK seçicilərin sayını açıqladı

!Reklam – Yazi

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

İclasda bir sıra məsələlərə baxılaraq müavafiq qərar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi parti ya maliyyə hesabatını təqdim etməyib: “Bu problemin yaranmasının səbəblərindən biri bir sıra partiyaların sədrlərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır. Bu partiyalar qanunvericiliyə uyğun olaraq yenidən sədrlərini seçməli və qanuni səlahiyyətli olan şəxs maliyyə hesabatını təqdim etməlidir. Biz yenə də dözümlü mövqe nümayiş etdirərək çalışacağıq ki, partiyaların hamısı maliyyə hesabatlarını versinlər”.

M. Pənahov qeyd edib ki, elə partiyalar var ki, sədrləri yoxdur, amma maliyyə hesabatlarını təqdim ediblər: “Məsələn, Vahid Kommunist Partiyasının sədri vəfat etsə də, maliyyə hesabatını təqdim edib. 19 partiya qalıb və onların bir hissəsinin sədrlərinin səlahiyyətləri başa çatıb. Mən bir daha siyasi partiyalara müraciət edirəm ki, maliyyə hesabatlarını təqdim etsinlər. Maliyyə hesabatlarında imzanın səlahiyyətli olub-olmamasına gəlincə, maliyyə hesabatlarını göndərsinlər, sonra imzanın nə dərəcədə səlahiyyətli olmasına münasibət bildirəcəyik”.

Bundan başqa M.Pənahov bildirib ki, seçici siyahılarının dəqiqləşdirilməsi prosesi davam edir: “May ayının sonuna qədər ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatmalıdır. 10 gün ərzində ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi qeyri-formal olaraq başa çatacaq. Proses mayın sonuna qədər rəsmən yekunlaşacaq. Hazırda əlimizdə olan məlumata görə, Azərbaycanda 5 milyon 163 min 927 seçici var. Bu, keçən illə müqayisədə 36 min 816 nəfər çoxdur”.

Bundan başqa iclasda Konstitusiyaya son dəyişikliklər (prezidentliyə namizədin irəli sürülməsi, seçki hüquq və s.) və Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilib. İclasda bəzi dairə seçki komissiyalarının tərkibi də dəyişdirilib.

Yeniçağ.az

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv