MSK sədri: “Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb”

Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

O qeyd edib ki, seçki məntəqələrinin qızdırılması və işıqlandırılması vacib məsələlərdən biridir:

“Səsvermə kabinələrinin normal işıqlandırılması seçicilər üçün vacibdir. Hansısa məntəqədə bununla əlaqədar ciddi qayda pozuntusu qeydə alınsa, onların üzvləri cəzalandırılacaq”./report