MSK sədri: “Səsvermənin nəticəsini ləğv etsək də ümumi nəticələrə təsir göstərməyəcək”

Sosial şəbəkələrdə pozuntularla bağlı yayılan videogörüntülərin çəkildiyi bütün məntəqələrdə səsvermənin nəticəsini ləğv etsək də, bu seçkilərin ümumi nəticəsinə heç bir təsir göstərmir.

Yenicag.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, bu videogörüntürlər təqribən 3 faiz seçki məntəqələrində qeydə alınıb: “Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlmız hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, xoşagəlməz hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar”.

COP29