!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MSK sədrinə hücum edildi - Cinayətkar saxlanıldı

!Reklam – Yazi

Rusiya polisi ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilovaya sentyabrın 6-da evində törədilən hücumla bağlı bir nəfər şübhəli şəxsi saxlayıb.

Yenicag.az xəbər verir ki, onun adı-soyadı Başit Karabalayevdir.

36 yaşlı kişi Qazaxıstandan Rusiyaya qazanc dalınca gedib və artıq neçə ildir ki, orada yaşayır. İşlə bağlı aldadılandan sonra o, pasportunu itirib və “bomj” həyatı yaşamağa məcbur olub.

Karabalayev qəsəbə yaxınlığındakı meşədə saxlanılıb. O bildirib ki, evə qida üçün girib və oranın kimə məxsus olduğunu bilməyib.

Daha əvvəl bildirilmişdi ki, şübhəli şəxs şənbə günü, sentyabrın 7-də saxlanılıb. Daxili İşlər Nazirliyində qeyd etmişdilər ki, o, Orta Asiya respublikalarından birinin 1983 təvəllüdlü vətəndaşıdır.

Onu da qeyd edək ki, Pamfilovanın evinə hücum haqqında məlumat sentyabrın 6-da yayılmışdı. Bildirilirdi ki, hücum edən MSK başçısını “elektroşok”la vurub və qaçıb.

Sonradan məlum olmuşdu ki, qurğu söndürülübmüş. Pamfilova qarın nahiyəsindən və əl barmağından xəsarət almışdı./virtualaz.org/

www.yenicag.az

4659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv