Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

MSK sessiyalara start verir

62595Azərbaycanda 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar layihələr davam etdirilir.
Mərkəzi Seçki Komissiyasından  daxil olan məlumata görə, Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq dekabrın 5-dən etibarən informasiya sessiyalarına start verilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Azərbaycandakı Ofisinin birgə layihəsi olan sessiyalar “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusuna həsr olunub. İcra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçiriləcək tədbirlərdə mövzu ilə bağlı çıxışlar dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

İnformasiya sessiyaları dekabrın 5-də Şəmkirdə, dekabrın 6-da Şirvanda, dekabrın 8-də Bakıda keçiriləcək. (qafqazinfo.az)

www.yenicag.az

245