MSK-nın bu gün keçirilən iclasında Arifə Muxtarova və Mikayıl Rəhimov yenidən MSK katibi seçilib.
***
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb.
Məzahir Pənahov səsvermə ilə yenidən MSK sədri seçilib.
Bundan başqa, Rövzət Qasımov yenidən MSK sədrinin müavini seçilib.
***
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.
Yenicag.az xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılır.
Toplantı zamanı həmçinin MSK üzvləri komissiyanın sədrini və katibini seçəcəklər.
Sədr vəzifəsinə Məzahir Pənahovun, katib vəzifəsinə isə Arifə Muxtarova və Mikayıl Rəhimovun namizədliyinin irəli sürülüb./report/