!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MTN cəlladının gizli “kassir”inin müəmmalı səfərləri – Göyçaydakı cinayətin şok təfsilatı

!Reklam – Yazi

 

yenicag.az1111Akif Çovdarovun adamı Anar Allahverdiyev niyə özünü Cavid Qurbanovun adamı kimi qələmə verib?

Dünən Göyçayda  baş verən bir cinayət hadisəsi demək olar ki, bütün saytların diqqətini çəkdi. Qeyd edək ki, APA-nın yaydığı məlumata əsasən hadisə martın 29-da saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Rayon sakini 1980-ci il təvəllüdlü Allahverdiyev Müşfiq Ağayusif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qaynı, Potu kənd sakini 1986-cı il təvəllüdlü İsgəndərov İlqar Əli oğluna döş qəfəsi və ayaq nahiyyəsindən 3 bıçaq xəsarəti yetirib. Hadisə İlqar İsgəndərova məxsus məişət avadanlıqları mağazasının qarşısında baş verib.

Məlumata görə, hadisə zamanı Müşfiq Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb. Hadisəyə İlqar İsgəndərovun Müşfiq Allahverdiyevin sabiq həyat yoldaşının qardaşı ilə aralarındakı ailə münaqişəsindən sonra boşanma üçün məhkəməyə müraciət etməsi səbəb olub. Ağır bədən xəsarətləri alan İlqar İsgəndərov təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən Müşfiq Allahverdiyev tutularaq istintaqa təhvil verilib.

Regionxeberleri.com saytının yaydığı məlumata görə isə, Müşfiq Allahverdiyev küçədə İlqar İsgəndərovu bıçaqlamaqla hirsi soyumayıb və Göyçay rayon Xəstəxanasına hücum çəkib. O elə xəstəxanadaca həbs olunub.

Mətbuat üçün bu hadisəninin diqqətçəkiciliyi isə xəbərdəki bir cümlə ilə idi. Həmin xəbərdə bildirilirdi ki, Müşfiq Allahverdiyevin qardaşı Anar Allahverdiyev Dövlət Gömrük Komitəsində işləyir. Bu həmin Anar Allahverdiyev idi ki, bir neçə ay əvvəl qardaşının həyat yoldaşını evdən qovduğuna görə mətbuatın gündəminə gəlmişdi.

Qeyd edək ki, ötən ilin dekabr ayında Göyçay sakini, iki uşaq anası Ülviyyə Allahverdiyeva aclıq aksiyası keçirərək mətbuatın gündəminə gəlmişdi. Aclıq aksiyası keçirən Göyçay rayonu, Potu kənd sakini Ülviyyə Allahverdiyevanın  etirazının səbəbi olaraq bildirmişdi ki, həyat yoldaşından boşandıqdan sonra qaynı Anar Allahverdiyevin təzyiqləri altında iki uşağıyla birlikdə küçələrdə qalıb. Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayan Ülviyyə Allahverdiyeva bildirmişdi ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində mühüm postda çalışan Anar Allahverdiyev onu ölümlə təhdid edir və ailə həddindən artıq varlı olmasına baxmayraq, onu iki uşağı ilə küçəyə atıblar. Öz növbəsində Ülviyyə Allahverdiyeva  müraciətində bildirmişdi ki, Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli onun haqqlarını qorumaq əvəzinə iki uşağı ilə küçəyə atılmış ananı həbslə hədələyir.

Azerinfo.org saytının dünən Göyçada baş verən bıçaqlama hadisəsindən sonra apardığı araşdırma isə tükürpədici faktları ortaya qoyub. İlkin olaraq qeyd edək ki, dünən Göyçayda öz qaynı İlqar İsgəndərovu bıçaylayan Müşviq Allahverdiyev məhz Ülviyyə Allahverdiyevanın həyat yoldaşı və küçəyə atılan iki uşağın atasıdır.

Əldə etdiyimiz qeyri rəsmi məlumata görə Anar Allahverdiyevin küçəyə atdığı uşaqlara H.Əliyev adına Fond sahib çıxıb və onları evlə təmin edib.

Anar Allahverdiyev niyə Cavid Qurbanovun adından istifadə edib?

Məsələnin ilginc tərəfi isə Ülviyyə Allahverdiyevanın prezidentə müraciətində həddindən artıq varlı biri olan, 500 min manatlıq avtomobili, bir neçə villası olduğunu bildirdiyi və qardaşı Müşviq Allahverdiyevə 100 min manatlıq maşın alan qaynı Anar Allahverdiyevin Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində mühüm postda çalışdığını bildirməsi di. Həmin vaxt məsələ mətbuatın gündəmini çox məşğul etdiyinə görə, Azərbaycan Dövlət Dəmir Yolu QSC açıqlama yayaraq Anar Allahverdiyev adlı şəxsin Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində çalışmadığını və Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri, deputat Cavid Qurbanovun həmin şəxsi tanımadığını bildirdi. Lakin Azərbaycan reallığı nəzərə alınaraq, Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin bu açıqlamasına bir çoxlarına inadırıcı görünmədi.

Hazırda ortaya çıxan mənzərə isə Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin doğruları söylədiyini göstərməkdədir.

Biz  Göyçadan olan insanların bir çoxu ilə əlaqə saxladıq və onlarrın bildirdiyinə görə Göyçayda Anar Allahverdiyevi tanıyan insanların böyük əksəriyyəti onun Cavid Qurbanovun yaxın adamı kimi tanıyır. Anar Abdullayevin əsl iş yeri ilə bağlı əsl həqiqəti isə çox az adam bilib. Həmçinin Müşviq Allahverdiyevin həyat yoldaşı Ülviyyə Allahverdiyeva da, Anarın Cavid Qurbanovun yanında işləməsi və deputat oliqarxın etibarlı adamlarından biri olduğunu zənn edib. Hər halda evin gəlininə belə anladılıb. Yəni, faktiki olaraq Anar Allahverdiyevin Dövlət Gömrük Komitəsi ilə işlədiyini çox az adam bilib.

 

Belə ehtimal olunur ki, Anar Allahverdiyev bu yolla bu qədər sərvəti hardan qazandığını ört-basdır etməyə çalışıb. Bunun üçünsə Cavid Qurbanovun adından istifadə etməyə çalışıb. Bəs niyə məhz Cavid Qurbanov? AzMedia.info-nun apardığı araşdırmaya əsasən Anar Allahverdiyevin Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli ilə tanışlığı olub. Belə ki, əldə etdiymiz məlumata görə Şəmşir Şəmşirli ilə xaricdə tanış olan Anar Allahverdiyev onunla bir neçə dəfə Bakıda da görüşüb. Bundan sonra isə Anar Allahverdiyev özünə qoruyucu qalxan kimi Cavid Qurbanovu seçib və hər yerdə Cavid Qurbanova çox yaxın olduğunu, onun xaricdə belə təmsil etdiyini qeyd edib. Qeyd edək ki, Anar Allahverdiyev çox tez-tez xarici ölkələrə, o cümlədən ABŞ-a və Avropa ölkələrinə səfər edir və bu səfərlər birbaşa Gömrük Komitəsi ilə əlaqəli olduğu qeyd edilir.

AzMedia.info-nun əldə etdiyi məlumata görə Anar Allahverdiyevin Cavid Qurbanovun adından istifadə etməsi birbaşa özünün MTN cəlladı Akif Çovdarovla işləməsini gizlətmək məqsədi daşıyıb. Əsas məsələ isə Anar Allahverdiyevin özünün böyük sərvətinin Akif Çovdarovun DGK-dəki adamı kimi qazanmasını gizli saxlaması olub. Çünki bu halda Anar Allahverdiyevin Akif Çovdarovun yaxın adamı olduğu üzə çıxacaq və nəticədə onun üçün müxtəlif problemlər yaranacaqdı. Ehtimal olunur ki, Anar Allahverdiyevə Cavid Qurbanovun adından istifadə etməyi də, Akif Çovdarov məsləhət görüb.

Əldə etdiymiz məlumata görə Anar Allahverdiyev əslən göyçaylı olan və həbsxanada intihar edən MTN-şik İlqar Əliyevin vasitəsilə tanış olduğu Akif Çovdarovun gizli “kassası”dır. Məlumatlı mənbənin bildirdiyinə görə, Anar Allahverdiyevin xarici banklarda, xüsusən də ABŞ-ın kiçik və orta səviyyəli banklarında çoxlu sayda hesabları var və bu hesablarda Akif Çovdarova aid olan pullar saxlanılır. Elə Anar Allahverdiyevin də tez- tez ABŞ-a səfəri də bunula əlaqəlidir.

Mənbə bildirir ki, 2010-cu ildən başlayaraq Anar Allahverdiyev Akif Çovdarovun gizli “kassası” olaraq çalışmaqdadır. ABŞ-a və Avropa ölkələrinə tez-tez səfərləri isə treninqlərdə iştirakı ilə əlaqələndirilir. Əslində isə Anar Allahverdiyevin əsas işi Akif Çovdarovun pullarını xaricə daşımaq və orda etibarlı şəkildə yerləşdirməkdir. Bunun üçünsə bir sıra offşor şirkətlərdən istifadə oluduğu qeyd olunur.

Anar Allahverdiyevlə bağlı məlumatlı mənbənin bildirdiyinə görə, Akif Çovdarovun gizli “kassası”nın özünə aid olan çoxlu sayda mülkləri həm xaricdə, həm də, Bakıda var. Təkcə onu demək kifayətdir ki, Anar Allahverdiyevin Göyçayda 500 hektar əkin sahəsi və ölkəninin müxtəlif görməli yerlərində, o cümlədən Bakı şəhərində 27 villası var. Bir qayda olaraq 040 dövlət nişanlı həddindən aptıq bahalı avtomobillərdə gəzir. Hazırda isə qiyməti 150 min dollardan artıq son model LEXSUS avtomobilini idarə etdiyi qeyd olunur. İildə bir neçə maşın bahalı son model maşın alan Anar Allahverdiyev köhnə maşılarını isə qardaşı Müşfiq Allahverdiyevə və başqa qohumlarına bağışlayır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

Azerinfo.org

www.yenicag.az

2309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv