!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MTN-də daha bir yüksək posta təyinat

!Reklam – Yazi

11578Milli Təhlükəsizlik Nazirliyinə yeni təyinat həyata keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Eldar Mahmudov işdən çxıarılandan sonra bu qurumda rəhbər vəzifə tutan demək olar ki, bütün şəxslər vəzifəsindən azad edilib. Onların bir hissəsi həbs olunub, digəri isə nəzarətə götürülüb. Hazırda boş qalmış vəzifələrə təyinatlar da həyata keçirilməkdədir. Belə ki, təyinatların əksəriyyəti isə Xüsusi Dövlət Mühafizə Xidmətindən MTN-ə transferlər nəticəsində baş tutur.

Bu günlərdə isə MTN-in baş idarə rəisi vəzifəsinə XDMX-dən polkovnik rütbəli İlqar (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs gətirilib. Məlumat üçün bildirək ki, son proseslərdə MTN rəhbərliyində cinayətkar şəbəkənin aşkarlanması, bu qurumda işləyən yüksək vəzifəli şəxslərin şəbəkə üzvü kimi ifşa olunması, eyni zamanda həmin şxəslərə qarşı etimadı sarsıdıb. İndi MTN-ə dəvət olunan şəxslərin daha inamlı yerlərdən və etibarlı kadrların gətiriləcəyi gözlənilir. Bu mənada isə yaxın günlərdə Xüsusi Dövlət mühafizə Xidmətindən bir qrup şəxsin MTN-ə transfer olunacağı labüddür.

Yenicag.az

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv