Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri yaxında vəzifəsindən azad olunacaq.
Akim Bədəlovun ailə podratı yaratması, mərhum akademikin elm mərkəzini əlindən alması barədə xəbərlər və ləğv olunmuş MTN-lə əlaqələrinin ifşa edilməsi onun mövqelərini sarsıdıb. Prezident İlham Əliyevin gözündən düşdüyü iddia edilən Akim Bədəlovun Əli Abbasovun taleyini yaşayacağı gözlənilir.
Akim Bədəlovla bağlı ittihamlar isə bitib tükənmir. Agentliyin həyata keçirdiyi Alternativ enerji mənbəsi alınması üçün tikilən obyektlərin işlərini ailəsinin adına keçirtdiyi «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə verdiyinin və akademik Tofiq İsmayılovun ailəsinə qarşı etdiklərinin ictimailəşməsinin Birinciyə məruzə olunduğu bildirilir.
Təkcə 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə “Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb. Adı çəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir.
Bu gün Akim Bədəlovun ailəsinin nəzarətində olan «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzin onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir. Maraqlı məqamlardan biri isə səhmdarı həyat yoldaşı və oğlu olan bir şirkəti necə məmurun rəhbərlik etdiyi dövlət qurumunda podratçı şirkət ola bilər? Qanun bunu yasaqlasa da, Akim Bədəlov buna əhəmiyyət vermir.
Xatırladaq ki, MTN-in hava limanı şöbəsinin sabiq rəisi Pərviz Vəliyev onun qohumudur.
Heydər Əliyev prospektində tikilən Milli Sağlamlıq Mərkəzi 2015-ci ildə təhvil verilməli olsa da, ölkənin ən iri tibb ocağının inşası hələ başa çatdırılmayıb. Məlumata görə, bunun səbəbi maliyyə çatışmazlığıdır. Məlumatda deyilir ki, layihənin icraçısı “Xəzər” şirkətidir.
Bu şirkət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlova məxsudur. Bu da Bədəlova olan ölkə rəhbərliyinin etimadını itirməklə nəticələnib.
Qeyd edək ki, “Xəzər”in yaradıcısı mərhum akademik Tofiq İsmayılov olub. Akademik vertolyot faciəsində dünyasını dəyişəndən sonra Akim Bədəlov sənədləri saxtalaşdıraraq “Xəzər”i ələ keçirib. Hazırda Tofiq İsmayılovun ailəsi ilə Akim Bədəlov arasında “Xəzər” uğrunda mübarizə gedir.
Tofiq İsmayılovum xanımı Lalə İsmayılova bir neçə dəfə məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət edib. Milli Sağlamlıq Mərkəzinə gəlincə, iddialara görə, layihəyə ayrılan maliyyə vəsaitlərinin əhəmiyyətli hissəsi qaranlıq məqsədlərə xərclənib. Bu baxımdan layihəni başa çatdırmaq mümkün olmayıb. Bildirilir ki, hətta işçilərə belə əmək haqqı verilmir. Bu da ciddi narazılığa səbəb olub.
Mövzu ilə bağlı adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.