!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MTN işi” Fizulinin icra başçısına qədər sıçradı – Kim kimin adamıdır? TƏFƏRRÜAT

!Reklam – Yazi

O3vmdM0r921APrezident sərəncamı ilə ləğv edilən MTN strukturu ətrafında cərəyan proseslər Füzuli rayonuna çatıb. Ötən həftənin sonunda rayon Təhsil Şöbəsinin müdiri Almaz Həşimova vəzifəsindən azad edilib.

AZXEBER.COM xəbər verir ki, icra başçısı Alı Alıyevin bu addımı “MTN işi”nin Azərbaycanda dövlət büdcəsindən ən çox maliyyə ayrılan rayonlardan biri olan Fizuliyə də sıçradığını göstərir.

Belə ki, Alı Aliyev ötən gün vəzifədən kənarlaşdırdığı Almaz Haşımovanı YAP üzvü Hafiz Tahirovu yola salandan sonra gətirmişdi. Maraqlı olan isə, Hafiz Tahirovun məhz parlamentdə Bahar Muradovanın yaxın adamı hesab edilməsi idi.

Alı Aliyev A.Həşimovanı bu vəzifəyə internat məktəbinin direktoru olduğu zaman gətirib. Daha sonralar isə, A.Həşimovanın heç də təsadüfən bu vəzifəyə təyin edilmədiyi aydın olub. Daha sonralar aydın olub ki, A.Həşimova Eldar Mahmudovun ən yaxın genarallarından biri olan MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanovun yaxın qohumu olub.

Almaz Həşimova

Məsələ ilə bağlı mətbuata açıqlama verən Almaz Həşimova təhsil şöbələrinin regional quruma çevirildiyi üçün bu şərtlərlə işləmək istəmədiyini, buna görə ərizəsini özü yazdığını deyib. O, eyni zamanda Sübahir Qurbanovun onun bacısının qohumu olduğunu təsdiqləyib:

“Təhsil şöbələri regional quruma çevirildiyi üçün bu şərtlərlə işləmək istəməmişəm. Sübahir Qurbanov da mənim qudam deyil. Sadəcə qohumluq əlaqəmiz var. Daha dəqiq desəm, mənim bacım onun qohumlarının biri ilə ailə həyatı qurub”.

Alı Alıyevin MTN işi ilə əlaqəsi varmı?

Təbii ki, Azərbaycanda kiminsə öz vəzifəsində bu səbəblə ayrılması praktikada yaşanmamış bir nümunə olduğu üçün elə də inandırıcı səslənmir. Burada diqqət çəkən əsas məqam isə Alı Aliyevin Almaz Həşimovanı MTN generalı Sübahir Qurbanovun həbsindən sonra işdən çıxartması olub. Hakimiyyət daxilindəki mənbənin iddiasına görə, A.Aliyev MTN işindəki çamura bulaşmamaq üçün belə bir addım atıb.

Alı Alıyev

Mənbənin sözlərinə görə, cəbhə bölgəsindəki əsas strateji rayonlardan biri olan Fizulinin hər zaman MTN nəzarətində olması şüphəsizdir. Amma bu məlumatların nə qədərinin dövlətin maraqları üçün istifadə edilməsi özü sual altındadır. Məlum olduğu kimi, ölkə rəhbərliyinin birbaşa nəzarətə götürdüyü “MTN işi” qalmaqalında hətda Eldar Mahmudovun genrallarının dövlətin deyil, məhz Mahmudovun maraqlarına uyğun informasiya daşıdıqları və lazımı bütün məlumatları ona çatdırdıqları təsdiqini tapıb. Məhz Fizulidə də analoji halın yaşandığını demək mümkündür.

Mənbənin sözlərinə görə, rayondakı bütün məlumatları Sübahir Qurbanov vasitəsi ilə MTN-ə məruzə edən də məhz Alı Aliyevin özünün olması da şüphə doğurmayan məqamlardandır. Çünki mətbuatdan da hər kəsə aydın olduğu kimi MTN Rabitə Nazirliyi səviyyəsinə qədər şantaj və təhdidlərlə istədiklərinə ələ keçiriblər. Hətda məmurların çoxuna təziq edərək onlardan gizli bilgilər əldə edib öz maraqları üçün istifadə ediblər. Alı Alıyevin də məhz bu təzyiqlər qarşısında dayana bilmədiyi və Almaz Haşimovanı vəzifəyə təyin edərək MTN generalının tapşırığını icra etdiyi ehtimalı da yaranır.

Hər halda gələcəkdə MTN xəyanətlərində bu rayondakı məmurların adının da hallanması şüphə doğurmaz. Çünki icra başçısının MTN generalının qohumunu məcbur və ya istəyərək yanında işlətməsi və məlum hadisələrdən sonra onu işdən çıxartması ciddi narahatçılıq doğurmalıdır. Buna səbəb hal-qəziyyənin Azərbaycanın strateji rayonlarından biri olan Fizulidə baş verməsidir.

Bu işi araşdırmaq isə rəsmi qurumların səlahiyyəti çərçivəsindədir.

www.yenicag.az

950
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv