!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MTN İŞİ”ndə yeni sensasiya – Generalitetin kabinetlərindən nə tapılıb?

!Reklam – Yazi

MTN-terror-300x171Eldar Mahmudovun da həbs sanksiyası imzalanmaq üçün hazırdır

Eldar Mahmudovun işdən azad edilməsi ilə Milli Təhlükəsizlik Nazirliyində başlamış “17 oktyabr inqilabı” yenidən medianın bir nömrəli mövzusuna çevrilib. Buna səbəb isə bu strukturda “təmizləmə” və həbslərin davam etməsidir. Hər gün demək olar ki, MTN-də kiminsə işdən çıxarılması, kiminsə həbs edilməsi barədə xəbərlər yayılır, bu qurumda sahibkarlara qarşı baş vermiş cinayətlərin yeni-yeni təfərrüatları məlum olur.
MTN-də baş verən qanunsuz əməllərdə adı ən çox hallanan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov, nəhayət, işdən uzaqlaşdırılıb və ciddi nəzarət altına alınıb. Onun saxlanılması xəbəri E.Mahmudov işdən çıxarıldıqdan dərhal sonra yayılmışdı. Amma sonradan onun həbs edilmədiyi, hətta öz kabinetində oturmağa davam etdiyi bildirildi.

akif_chovdarov“Yeni Müsavat”ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi xəbərə görə, əslində A.Çovdarovun kabineti elə nazir işdən çıxarılan gün möhürlənibmiş. Nazirin kabineti ilə yanaşı bir neçə vəzifəli şəxsin otaqları da dərhal Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşları tərəfindən möhürlənib. Üstəlik, bir neçə gün ərzində nazirliyin vəzifəli şəxslərinin kabinetində axtarış-əməliyyat tədbirləri keçirilib.

Mənbənin ən sensasion məlumatı budur ki, bəzi kabinetlərdə hələ aktiv olmayan gizli xüsusi dinləmə qurğuları da aşkar edilib. Ehtimal edilir ki, MTN generaliteti hansısa məqamda bu qurğular vasitəsilə nazirlikdə baş verənləri dinləmək üçün hazırlıq görüb. Bu səbəbdən də yeni təyin edilən bütün idarə rəislərinə tapşırılıb ki, kabinetləri həm də gizli qurğulardan təmizlətmək qayğısına qalsınlar. Bu səbəbdən A.Çovdarovun “kabinetində oturması” xəbəri əvvəldən də real görünmürdü.
“MTN işi” bütövlükdə Akif Çovdarovun üstünə fokslanmasa da, bu strukturda ən odioz fiqur kimi onun adı həmişə öndə çəkilib. Keçmiş həbsxana rəisi olan Akif Çovdarov kriminal əlaqələrini daima saxlayıb. Onun Gürcüstan doğumlu iki məşhur azərbaycanlı avtoritetlə (hər ikisi Azərbaycandan kənarda yaşayır) daima əlaqə saxladığı, bəzi “razborkalarda” onlara ciddi dəstək verdiyi, hətta Rusiyanın hüquq-mühafizə orqanlarına “öz adamları” kimi tapşırdığı iddiaları var.

elsad_avdullayef_1374220027_elsadHələ bir neçə il əvvəl ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında bilavasitə A.Çovdarovu günahlandırmışdı. Sitat: “Rusiya Federasiyasının Sverdlovsk vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə ”Təpəgöz” kimi tanınan və hazırda Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan general-biznesmen Akif Çovdarovdur.”
Belə şübhəli tərcümeyi-halı olan kriminal şəxs, “polojeniyaya” baxan adam qısa müddətdə dövlətin əsas təhlükəsizlik idarəetmə orqanında necə ali vəzifə tuta bilər?” MTN-in ictimaiyyətlə əlaqələr mərkəzi isə həmin vaxt A.Çovdarovla bağlı ittihamlara “biz cəfəng məqalələri şərh etmirik” sözləri ilə münasibət bildirmişdi.

A.Çovdarovla bağlı daha bir sensasion məlumat onun vətəndaşlığı ilə bağlıdır. Belə ki, Çovdarov Gürcüstanda doğulsa da, onun Rusiya vətəndaşı olduğu deyilir. İddialara görə, o, bu illər ərzində Rusiya vətəndaşı kimi MTN-in ən mühüm postlarından birində oturub. Amma onun Rusiya ilə deyil, Gürcüstanın siyasi dairələri ilə yaxşı əlaqələri olduğu da iddia edilir. İddiaya görə, prezidentin son səfərində ona Çovdarovun “günahlarını bağışlamaq” xahişi edilə bilərdi.
Məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti də məhz qeyri-qanuni göstərişlərin bir çoxunu Çovdarovdan aldıqlarını deyiblər. A.Çovdarov həbs edilərsə, bu o deməkdir ki, Eldar Mahmudovun da həbs sanksiyası imzalanmaq üçün hazırdır. Çünki A.Çovdarov MTN-in sabiq şefinin bütün sirlərini bilən üç adamdan biri, bəlkə də birincisidir.
Qeyd edək ki, MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərov, daxil olan şikayətlər əsasında, Baş Prokurorluq tərəfindən saxlanılıb.
Hazırda araşdırma aparılır.

AzNews.az_mtn_eldar_hebs2E.Mahmudovun sayəsində Azərbaycanın ən gənc generallarından biri olan 36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-in hərbi hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib. V.Allahquliyev 2015-ci il mart ayının 27-də general-mayor rütbəsi ilə təltif edilib. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Alllahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır. Bundan əlavə, Z.Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var.(musavat.com)

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv