MTRŞ bu kabel şəbəkəsi yayımçılarını məhkəməyə verdi

Ötən il bir neçə kabel şəbəkəsi yayımçısı tərəfindən kütləvi nümayişi (retranslyasiyası) həyata keçirilən teleradio kanallarının yayımlanmasına dair mülkiyyətçilərin razılığının olmadığı müəyyən edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 383.2-ci maddəsinə əsasən – teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə – “Metronet” MMC, “Uninet” MMC və “Enginet” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəmələrinə göndərilib.

Məhkəmələr tərəfindən qeyd olunan pozuntuya görə adları çəkilən kabel şəbəkəsi yayımçılarının hər biri barədə 3000 (üç min) manat cərimə cəzası tətbiq edilib.