MTRŞ-dan kabel televiziyalarına “Kanal D” yasağı

1K-300x225Milli Televiziya və Radio Şurasının (MTRŞ) ölkədə fəailiyyət göstərən kabel televiziyalarına “Kanal D” telekanalının yayımının dayandırılması haqqında göstəriş verib.

Bu barədə Musavat.com-a “Nar CityNet” şirkətindən bildiriblər.

Qeyd edək ki, Azərbaycan tamaşaçıları arasında populyar olan “Kanal D” telekanalının yayımını əksər kabel televiziyalarında təxminən iki ay əvvəl dayandırılmışdı. “MTN işi” ilə bağlı həbs olunan BTRİB-in sabiq rəisi Beytulla Hüseynova məxsus olan “CityNet” provayderi isə “Kanal D”nin yayımını davam etdirirdi. Bir müddət əvvəl satılıb. “CityNet” “Nar” mobil operatoruna satıldıqdan və “Nar CityNet” adlandırıldıqdan sonra provayderin yayım siyasətində dəyişiklik edilib. Baszar ertəsindən etibarən abunəçilərə heç bir xəbərdarlıq edilmədən “Kanal D”nin yayımı dayandırılıb.

Musavat.com-un əməkdaşı “Nar CityNet”lə əlaqə saxlayıb və bunun səbəbini öyrənməyə salışıb. Şirkətdən bildirilib ki, MTRŞ “Kanal D”nin yayımına icazə vermir: “Biz sona qədər “Kanal D”ni saxlamağa çalışdıq. Lakin iki ay müqavimət göstərə bildik. Nəhayət, aprelin 25-dən yayımı dayandırmalı olduq. Çünki, MTRŞ bunu bizdən tələb edir”.

Qeyd edək ki, “Kanal D” telekanalı “Doğan” media qrupuna daxildir və məşhur iş adamı Aydın Doğana məxsusdur.