!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MTRŞ-nin üzvü COVID-19-dan vəfat etdi

!Reklam – Yazi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Mübariz Elyazov vəfat edib.

Bu barədə Yenicag.az-a MTRŞ-dan məlumat verilib.

Bildirilib ki, Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

“Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq MTRŞ üzvü dünyasını dəyişib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, M.Elyazov 1967-ildə Qərbi Azərbaycanın (hazırki Ermənistan Respublikası) Vardenis rayonunda anadan olub.

O, 2003-ci ildən MTRŞ-nin üzvü olub.

Allah rəhmət eləsin!

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv